Üzeyir Hacıbəyli küçəsində, Port Baku-ya yaxın, 27 nömrəli məktəbin yaxınlığında yerləşən yeni tikili binada 3 otaqlı, 90 kv.m mənzil satılır. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir, təmirlidir və çıxarışı (kupçası) var. Home Office üçün də çox əlverişlidir.
Mənzilin geniş və işıqlı otaqları, rahat planlaşdırılması və şəhərə açıq mənzərəsi var. Yuxarı mərtəbədə yerləşdiyinə görə sakit və komfortlu mühitə malikdir. Ətrafında Port Baku, Dənizkənarı Bulvar, məktəb, marketlər, restoranlar və şəhərin əsas infrastrukturu yerləşir. Mərkəzi ərazidə həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.
Real alıcılar əlaqə saxlaya bilər.