Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Mərkəzi Nəbatat Bağı və DTX ərazisinə yaxın əlverişli lokasiyada geniş həyət sahəsinə malik 2 mərtəbəli villa icarəyə verilir.
Ümumi sahəsi 6 sot torpaq üzərində 400 kv.m olan villa 9 otaqdan ibarətdir. Tam təmirli vəziyyətdə təqdim olunur. Birinci mərtəbədə geniş və işıqlı zal, mətbəx və sanitar qovşaq yerləşir. İkinci mərtəbə bir neçə otaqdan və əlavə sanitar qovşaqdan ibarətdir.
Geniş həyət sahəsi və rahat planlaşdırılması sayəsində villa yalnız yaşayış üçün deyil, müxtəlif kommersiya və fəaliyyət sahələri üçün də əlverişlidir. Ofis, bağça, hazırlıq kursu, şirkət və digər layihələr üçün ideal seçimdir.
Ərazi baxımından sakit və əlverişli mövqedə yerləşməsi, geniş daxili sahəsi və həyətyanı ərazisi bu villanı uzunmüddətli icarə üçün cəlbedici variantlardan birinə çevirir.
Ofis haqqı 30% təşkil edir.